AZAL uçuşa 60 dəqiqə qalmış qeydiyyatı bağlayacaq

Yeniliklər 5 Yanvar 2018 14:42 Oxunub 1185
AZAL uçuşa 60 dəqiqə qalmış qeydiyyatı bağlayacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qeydiyyat uçuşa 3 saat qalmış açılacaq

2018-ci il yanvarın 15-dən etibarən "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq. AZAL-dan Avtosfer.az-a verilən məlumata görə, eyni zamanda, qeydiyyat uçuşa 3 saat qalmış açılacaq. Məlumata görə, AZAL sərnişinlərin hava limanında qeydiyyat üçün öncədən gəlməyini xahiş edir: "Həmçinin, sərnişinlər saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqaj olduqda isə onu "Baggage Dropoff" ekspress-masasında təhvil verə bilərlər”. 

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh