Vaqif Əsədova bir həftədə 3 mükafat verildi - FOTOLAR
Yol polisi 5 Yanvar 2018 16:16 406 dəfə oxunub
Vaqif Əsədova bir həftədə 3 mükafat verildi - FOTOLAR
“Mənə verilən mükafatlar yol polisinin fəaliyyətinə verilən dəyərdir”

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bir həftə ərzində 3 mükafata layiq görülüb. Avtosfer.az xəbər verir ki, DYP rəsmisi əvvəlcə Xəzər TV-də “Oyan Azərbaycan” verilişinin dostu mükafatına layiq görülüb. Sonra isə millət vəkillərinin, ictimaiyyət nümayəndələrinin və xarici ölkələrin diplomatlarının iştirakıyla təqdim olunan “Brend Media” və “Media” Şirkətlər Qrupunun “The best of Azerbaijan” mükafatlarına layiq görülüb.

Vaqif Əsədov təqdimat zamanı bildirib ki, belə mükafatların verilməsi yol polisinin fəaliyyətinə müsbət təsir göstərir: “Mənə verilən mükafatlar ümumilikdə, yol polisi əməkdaşlarının fəaliyyətinə verilən dəyərdir”.

 

Elmin

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh