Qəzadan həzz alan Azərbaycan sürücüsü - "KİA" - 909 – VİDEO
Oxucu məktubları 5 Yanvar 2018 20:44 4155 dəfə oxunub
Qəzadan həzz alan Azərbaycan sürücüsü - "KİA" - 909 – VİDEO
Geriyə dönür, amma dönüb bir dəfə də olsun geriyə baxmadan hərəkət edir

Daimi oxucularımızdan biri İslam Əliyev yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza şəraiti yaradan sürücünün videosunu Avtosfer.az-a göndərib. Video ötən il dekabrın 30-da Abşeron rayonunda çəkilib. Masazırdan Saray qəsəbəsinə gedən yolda - İlqar Abdullayev küçəsində “KİA” markalı, 01-BO-909 dövlət nömrə nişanlı avtomobil yolun sağında dayanıb. Sürücü arxadan yaxınlaşan “Mercedes” markalı avtomobilə diqqət yetirmədən qəflətən yolun hərəkət hissəsinə çıxaraq sola dönüb. “Mercedes” sürücüsünün ayıq davranışı nəticəsində qəza baş verməyib. Lakin belə sürücülərin cəzasız qalması da qəbuledilməzdir.

Diqqət etdikdə aydın olur ki, sürücü dönmə işıqlarını yandırmadan sola dönmək qərarına gəlib. Bu məqsədlə də sağda dayanıb yolun boşalmasını gözləyir. Amma geriyə yox, ancaq sağdan gələn maşınlara baxır. Axırıncı maşın keçən kimi o da hərəkətə başlayır. Tam aydın olur ki, həmin sürücü arxadan gələn avtomobillərə diqqət etmir.

Ortadan toqquşma hadisələri bax bu cür şəraitdə baş verir. Özü də, avtomobilin orta hissəsi zəif olduğu üçün bu cür toqquşmalarda sürücü və ya sərnişin ölə bilər.

 

Elmin

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh