Bakıda görünməmiş fırıldaq: icarəyə götürdüyü avtomobili satdı
Oxucu məktubları 5 Yanvar 2018 16:55 1452 dəfə oxunub
Bakıda görünməmiş fırıldaq: icarəyə götürdüyü avtomobili satdı
Araşdırma aparılır

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, 1954-cü il təvəllüdlü Dünyamalıyev Nizami Xəlil oğlu polisə müraciət edərək bildirib ki, keçən ilin aprelində tanışı Nəzərov Nəriman Aslan oğlu onun "Brilliance 530" markalı, 01 AB 047 dövlət qeydiyyat nişanlı avtomobilini icarəyə götürüb. Müəyyən müddətdən sonra avtomobilin icarəyə verilməsi ilə bağlı 1180 manat borc yaranıb və icarədar avtomobilin və pulun verilməsini tələb edib. Lakin məlum olub ki, N.Nəzərov icarəyə götürdüyü avtomobili başqa şəxsə satıb. Nizami Dünyamalıyev ona dəyən ziyanın ödənilməsini tələb edib.

Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh