Hava limanında dəhşət: təyyarələr toqquşdu - ANBAAN VİDEO

Avtosfer TV 6 Yanvar 2018 15:02 Oxunub 2177
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerində yanğınsöndürənlər işləyir

Kanadanın Toronto şəhərində hava limanına enən bir sərnişin təyyarəsi başqa bir təyyarə ilə toqquşub. Avtosfer.az xəbər verir ki, "VestJet” hava yollarına aid "Boeing-737-800" tipli təyyarə 168 sərnişin və 6 əməkdaşla uçuşa hazırlaşarkən birdən-birə "Sunving" hava yollarına aid bir təyyarə ona çırpılıb. Xoşbəxtlikdən "Sunvinq" təyyarəsinin içərisində sərnişin olmayıb və yalnız quyruq tərəfi qırılıb. "VestJet" təyyarəsində isə sərnişinlər təcili təxliyə edilib.

Pearson Havalimanı Tvitter hesabında Terminal 3-dəki bütün sərnişinlərin təxliyə edildiyini bildirib. Kanada və ABŞ-ın şərq tərəfində qütb soyuqları müşahidə edilir. Sərnişinlər təxliyə ediləndə havanın temperature mənfi 21 dərəcə olub.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh