Aeroport yolunda "Jeep" piyadanı vurub öldürdü, sonra iki maşını əzdi - FOTO

Qaydalar 6 Yanvar 2018 15:05 Oxunub 1501
Aeroport yolunda "Jeep" piyadanı vurub öldürdü, sonra iki maşını əzdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən sürücü xəsarət alıb

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, sürət həddi 120 km/saat olan aeroport yolunda hələlik şəxsiyyəti məlum olmayan təxminən 60-65 yaşlı kişi piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu "Jeep" markalı avtomobil vurub. Piyada hadisə yerində ölüb. Qəzanı törədən sürücü idarəetməni itirdiyindən yolda hərəkətdə olan iki "Mercedes" markalı avtomobilə çırpılıb. Nəticədə "Jeep" deformasiyaya uğrayıb. Hadisəni törədən sürücü xəsarət alıb. Təcili tibbi yardım xidməti sürücüyə hadisə yerində ilkin tibbi yardım göstərib. Baş verən qəza ilə bağlı əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh