Tıxac bu yollarda hərəkəti iflic etdi

Avtoxəbər 24 Dekabr 2014 12:49 Oxunub 1465
Tıxac bu yollarda hərəkəti iflic etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərə alternativ yol kimi Bakıxanov və S.Vurğun küçələri ilə hərəkət etmək tövsiyə olunur

Bakı şəhərinin bəzi küçələrində tıxac nəqliyyatın hərəkətini iflic edib. Avtosfer.az bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinədən xəbər verir ki, hazırda Neftçilər prospektindən “Azneft dairəsi”, Ə.Əliyev küçəsindən Bülbül prospekti istiqamətində tıxac yaranıb. Y.Səfərov küçəsindən şəhər istiqamətində və Ş.İ.Xətai prospektindən Təhsil Nazirliyinin qarşısında - hər iki istiqamətdə avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur. Sürücülərə müvafiq olaraq N.Rəfiyev və Təbriz küçələrindən istifadə etmək tövsiyə olunur. Bundan başqa, Azadlıq prospektindən şəhər istiqamətində, Həsən Əliyev küçəsindən “ASAN xidmət” istiqamətində və C.Cabbarlı küçəsindən Kaspian Plazanın qarşısına doğru tıxac müşahidə olunur. Sürücülərə alternativ yol kimi Bakıxanov və S.Vurğun küçələri ilə hərəkət etmək tövsiyə olunur.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh