Günəşi əvəz edən güzgü- FOTO

Texnologiya 6 Yanvar 2018 18:30 Oxunub 1504
Günəşi əvəz edən güzgü- FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Layihənin dəyəri 100 min avrodur

İtaliyada 200 sakini olan Viqanello kəndi böyük güzgü vasitəsilə işıqlandırılır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Alp dağları ilə əhatə olunan kənd dərədə yerləşdiyindən, buraya noyabrın ortalarından fevralın əvvəlinədək günəş şüaları düşmür.

 

Kənd sakinləri problemin həlli yolunu nəhəng güzgünün köməyilə günəş şüasını əks etdirməkdə görüblər. Artıq onlar hətta qış aylarında günəş işığı və istiliyindən həzz almağa başlayıblar.

 

Təqribən 40 kvadratmetr sahəsi olan güzgü kəndin 870 metr hündürlüyündə quraşdırılıb. Bundan əlavə, güzgü kompüterlə təchiz olunub ki, bu da günəşin hərəkət istiqamətini müəyyənləşdirmək imkanı yaradır. Layihənin dəyəri 100 min avrodur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh