SSC Tuatara hiperkarının layihəsi yenidən gündəmdə - FOTO

Avtoxəbər 6 Yanvar 2018 20:00 Oxunub 1276
SSC Tuatara hiperkarının layihəsi yenidən gündəmdə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun qiyməti bir milyon dollar olmalı idi

Əvvəllər Shelby Supercars kimi tanınan SSC North America şirkəti bu il işıq üzü görəcək idman avtomobilinin tizerini dərc edib. Avtomobil haqqında məlumat olmasa da, istehsalçının beş il bundan öncə təqdim etdiyi Tuatara modelini buraxacağı ehtimal olunur. 2013-cü ildə amerikan istehsalçısının Tuatara hiperkarı üçün nəzərdə tutduğu mühərrikin sınaqlarını başa vurduğu bildirilmişdir. Hiperkarı 1370–1700 at qüvvəsi arasında güc hasil edən 6,9-litrlik iki turbinalı V8 mühərriki ilə təchiz etmək planlaşdırıldı. Yerindən 60 mil/saat (96 km/saat) həddinə hiperkar 2,5 saniyəyə sürətlənməli idi. Onun maksimal sürətinin 442 km/saat həddində olacağı da ehtimal edilirdi. O zaman hiperkarın dünyada ən sürətli hiperkar olacağı güman edilirdi. SSC Tuatara kupesini 2011-ci ildə Şanxay avtosalonunda nümayiş etdirilib. Həmin il Dubayda avtomobilin interyeri nümayiş etdirilib. Modelə dərhal 10 sifariş daxil olmuşdu. Onun qiyməti bir milyon dollar olmalı idi. İlkin olaraq 2015-ci ildə hiperkarın seriya istehsalı nəzərdə tutulsa da, sonradan istehsalın başlanmasını 2016-cı ilə keçirmişdilər. Bundan sonra Layihədən heç bir xəbər olmayıb. (autograph.az)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh