Devidin avtomobili hərracda rekord qiymətə satıldı - FOTO

Avtobazar 6 Yanvar 2018 18:21 Oxunub 1702
Devidin avtomobili hərracda rekord qiymətə satıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Musiqiçi 2016-cı ildə qaraciyər xərçəngindən 69 yaşında vəfat edib

Britaniyalı musiqiçi Devid Bouiyə məxsus "Volvo 262C" avtomobili satılıb. Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, İsveçrədə keçirilən hərracda köhnə maşın rekord qiymətə satılıb. Alıcı maşın üçün 212.8 min İsveçrə frankı ödəyib. Bu məbləğ 216 min dollara bərabərdir. Hərracda avtomobil ilkin olaraq 65 min frank dəyərləndirilsə də,  sonradan qiymət 212.8 min franka qədər artıb. Bouiyə məxsus "Volvo" avtomobili 1981-ci ildə istifadə edilib. Musiqiçi 1998-ci ilə qədər avtomobildən istifadə edib. Amma bu müddət ərzində maşının yürüşü cəmi 53 min km olub. Musiqiçi 2016-cı ildə qaraciyər xərçəngindən 69 yaşında vəfat edib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh