Sığorta şirkəti qəza törədən vətəndaşa ödədiyi pulu geri istəyir - VİDEO

Xəbərlər 7 Yanvar 2018 00:35 Oxunub 1805
Sığorta şirkəti qəza törədən vətəndaşa ödədiyi pulu geri istəyir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülük vəsiqəsi olmayan Balakən sakini atasına məxsus avtomobillə qəza törədib

Sığorta şirkəti vətəndaşa qəza törətdiyinə görə ödədiyi pulu geri istəyir. Balakən Rayon Şambul kənd sakini Zahid Ömərov bildirir ki, oğlu ondan xəbərsiz bir il əvvəl ona məxsus avtomobil ilə qəza törədib.Bu zaman hadisə yerinə yol polisi əməkdaşları ilə yanaşı sırğorta şirkətinin nümayəndələri də gəliblər. Nəticədə sırğorta şirkəti zərərçəkmişə 2500 manat pul ödəyib.

Bundan bir müddət keçdikdən sonra isə məlum olub ki, Zahid Ömərovun oğlu sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib. Elə buna görə də sığorta şirkəti ödənilmiş 2500 manat məbləğində pulu geri istəyib. Məbləğ bu günə qədər ödənmədiyi üçün şirkət işi məhkəməyə verib.

Bəs belə bir məqamda qanunvericiliklə hansı tədbirlər görülməlidir? Sığorta eksperti Daşdəmir Niftəliyev bildirir ki, "Sığrota haqqında" qanuna görə belə vəziyyətdə sırğorta şirkəti haqqlıdır.

İndi Zahid Ömərovun bir yolu qalır, o da sırğorta şirkətinin tələb etdiyi pulu geri qaytarmaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh