Bakıda yolkəsən sürücü ilə tanış olun - 90-SU-305 - VİDEO

Avtoreyd 8 Yanvar 2018 10:43 Oxunub 2115
Bakıda yolkəsən sürücü ilə tanış olun - 90-SU-305 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin sürücüyə görə başqaları qayda pozmalı olub

Yanvarın 5-də paytaxtın Mikayıl Əliyev küçəsində (“Altun” şadlıq sarayının qarşısında) dayanma durma qaydasını pozan sürücünün görüntüsü Avtosfer.az-ın kamerasına düşüb. 90-SU-305 qeydiyyat nişanlı "Opel Astra" markalı avtomobilin sürücüsü üçzolaqlı yolun ən sol zolağında dayanaraq arxadan gələn avtomobillərin hərəkətini məhdudlaşdırıb. Bu cür şəraitdə sürücülər məcburən qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxmağa məcbur olublar.

Videodan aydın şəkildə görünür ki, arxadan gələn avtomobil qaydaları pozmadan həmin avtomobilə işıq və səs siqnalı ilə işarə verərək sol zolaqdan çəkilməyi tələb edir. Sonradan dayanma-durma qaydasını pozan avtomobilin sürücüsü yenədə qaydanı pozaraq ikinci cərgədə dayanır.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh