Yol polisi bayramda gücləndirilmiş rejimdə işləyəcək

Yol polisi 24 Dekabr 2014 13:53 Oxunub 1570
Yol polisi bayramda gücləndirilmiş rejimdə işləyəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gücləndirilmiş iş rejimi yanvar ayının 7-nə kimi davam edəcək

Bakı Şəhər Dövlət Yol Polis İdarsəinin (BŞDYPİ) əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni İl bayramları münasibəti ilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Avtosfer.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında BŞDYPİ-nin şöbə rəisi Vaqif Əsədov bildirib: "Paytaxt ərazisində bayram günləri ərəfəsində sürücülərin və piyadaların hərəkətinin təhlükəsiz qaydada təşkil olunması üçün Bakı Şəhər Dövlət Yol Polisinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Xüsusən bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulan yerlərdə ehtiyac olduqda əlavə polis naryadları cəlb olunacaq". V.Əsədov, həmçinin sürücülərə xəbərdarlıq da edib: "Bayram günlərində şəhərdən kənara rayonlara üz tutan sürücülər say etibarı ilə çoxluq təşkil edir. Bu məqsədlə uzaq yerlərə gedən sürücülər yollarda maksimum dərəcədə ehtiyatlı olmalı və hərəkətin təşkilində, həm öz təhlükəsizliklərini, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə almalıdırlar. Baş verə biləcək arzu olunmayan halların, yəni qəzaların qarşısını almaq üçün nasaz avtomobillərdən istifadə etməmək məsləhət görülür". 

Qeyd edək ki, BŞDYPİ-i yanvar ayının 7-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh