Bakıda taksilərlə bağlı yenilik - Dəyişikliklər olacaq

Avtoxəbər 7 Yanvar 2018 08:06 Oxunub 1601
Bakıda taksilərlə bağlı yenilik - Dəyişikliklər olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Onlar hazırlanandan sonra əlavə məlumat veriləcək”

Taksi xidməti ilə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yenilik gözlənilir. Bununla bağlı Metbuat.az-a açıqlama verən BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, dövlət nəzarəti ilə işlərin təkmilləşdirilməsi nəzərdə tutulur: “Mediada “123” taksi xidmətinin yaradılacağı ilə bağlı yayılan məlumatlar əsassızdır. Yeniliklərə hava limanında xüsusi taksi xidmətinin yaradılması və paytaxtın inzibati ərazilərində taksi xidmətlərinin nizama salınması məsələsi daxildir. Hazırda həmin tədbirlər dəyərləndirmə mərhələsindədir. Onlar hazırlanandan sonra əlavə məlumat veriləcək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh