Maşınları yudurdun – hava düzəlir

Gündəm 24 Dekabr 2014 13:59 Oxunub 1302
Maşınları yudurdun – hava düzəlir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sabahın hava proqnozu açıqlanıb; 14 dərəcə isti, güclü külək 

Bakıda və Abşeron yarımadasında dekabrın 25-də hava şəraitin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az- verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi səhər mülayimləşəcək. Günün ikinci yarısında arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 9-14 dərəcə isti olacaq. Bölgələrdə sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq. Dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq. Yaxın 2-3 gün ərzində ölkədə küləkli hava şəraiti davam edəcək.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh