Gəlini "QAZ-24" karvanı ilə gətirdilər - VİDEO

Avtosfer TV 7 Yanvar 2018 23:43 Oxunub 1844
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qeyri-adi toy karvanı qız evi tərəfindən də müsbət qarşılanıb

Sumqayıtdan Bakıya gəlin gətirən toy karvanı görənlərin marağına səbəb olub. On bir ədəd "QAZ-24" avtomobilin olduğu karvan bəylə gəlini müşayiət edib. Avtosfer.az-ın məlumatına görə, söhbət paytaxt sakini 32 yaşlı Əli Süleymanlının toy mərasimindən gedir. Bu ideyanı bəyin böyük qardaşı Çingiz Suleymanlı irəli sürüb. Bəy də ideyanı bəyəndiyi üçün Çingizin dostları öz "QAZ-24" avtomobillərindən ibarət karvan təşkil ediblər. Bəyin atası Tahir Süleymanlı deyir ki, qeyri-adi toy karvanı qız evi tərəfindən də müsbət qarşılanıb. Onlar hətta, sifariş verdikləri digər maşınlardan imtina ediblər. "Qaz-24" avtomobillərindən ibarət toy karvanı ətrafdan onu görən hər kəsdə maraq oyadıb.

Karvanda əvvəlcədən 15 avtomobilin iştirakı planlaşdırılıb. Lakin sonradan bəzi səbəblərdən onların sayı 11-ə endirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh