Rayonlarda da maşın bahalaşıb - VİDEO

Avtobazar 7 Yanvar 2018 23:54 Oxunub 1715
Rayonlarda da maşın bahalaşıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artım daha çox ikinci əl avtomobillərin qiymətindədir

Bölgələrdə maşınların qiyməti bahalaşıb. Avtosfer.az-ın məlumatına görə, artım daha çox ikinci əl avtomobillərin qiymətindədir. Ən böyük maşın bazarlarından biri olan Bərdənin avtomobil bazarında həftədə iki dəfə satış həyata keçirilir. Bazarda ən çox qiymət artımı ikinci əl və ya Rusiya istehsalı olan avtomobillərdədir. Bazarda daha çox buraxılış ili köhnə olan maşınlara rast gəlinir. Ən çox satılan da bu avtomobillərdir.

Qiymətin bahalaşması isə alıcılıq qabiliyyətinə təsri göstərməyib. Satıcılar yaxın günlərdə avtomobillərin qiymətinin daha da bahalaşacağını deyir. Buna səbəb kimi avtomobil rüsumlarının artmasıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh