Dünyada ən yeni svetofor modeli – Lazer svetofor – VİDEO
Yazarlar 8 Yanvar 2018 20:29 309 dəfə oxunub
Dünyada ən yeni svetofor modeli – Lazer svetofor – VİDEO
Ən təcrübəsiz sürücünü qırmızı işıqda dayanmağa məcbur edir

Dünyanın müxtəlif inkişaf etmiş dövlətlərində yol hərəkəti təhlükəsizliyi üçün bir çox yeniliklər edilir. Bu işlərin üzərində alimlər, mütəxəsssilər işləyir. Ən başlıca məqsəd insanları qəzadan qorumaqdır.

Avtosfer.az xəbər verir ki, son illər gecələr işıqlanan piyada keçidləri, 3D formatlı zebralar, səsli svetoforlar və sair bu kimi texnologiyalar icad olunub. Bu videoda gördüyünüz svetofor da yeni texnologiyalardan biridir. Onun tətbiqi hələ də test edilir. Amma ümumilikdə yanaşanda indiki svetoforlardan daha effektlidir. Yaponiyada bu cür svetoforlardan istifadə olunduğu bildirilir. Məlumata görə, orada lazer örtüyün fonunda uşaqlar və yolu keçən insanlar əks olunur ki, bu da ən təcrübəsiz sürücünü qırmızı işıqda dayanmağa məcbur edir.

 

Elmin

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh