Bakıda "yol terroru"nun nəticələri: 79 ölü, 336 yaralı

Gündəm 6 May 2014 19:31 Oxunub 1540
Bakıda "yol terroru"nun nəticələri: 79 ölü, 336 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisələrin əksəriyyəti sürət həddinin aşılması, piyadaların təyin olunmamış yerdən keçərkən vurulması nəticəsində baş verib

2014-cü ilin əvvəlindən bu günədək Bakı şəhəri ərazisində 312 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş yol qəzaları nəticəsində 79 nəfər ölüb, 336 nəfər xəsarət alıb. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov "ASAN xidmət" mərkəzi və Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının "Avtotəlim-2" layihəsinə başlaması münasibətilə keçirilən mətbuat konfransında bildirib. V.Əsədov qeyd edib ki, ötən ilin mübafiq dövrü ilə müqayisədə hadisələrin sayı 9, ölüm 31 fakt azalsa da, xəsarət alanların sayı 10 fakt artıb: "Biz bununla heç cür razılaşa bilmərik. Çünki bizim əsas məqsədimiz yol-nəqliyyat hadisələrinin sayını və onlardan əziyyət çəkənlərin sayını minimuma endirməkdir".

 

Bölmə rəisi deyib ki, hadisələrin əksəriyyəti sürət həddinin aşılması, piyadaların təyin olunmamış yerdən keçərkən vurulması, manevr etmənin düzgün yerinə yetirilməməsi, sükan arxasında yatma, avtomobili sərxoş halda idarə etmə nəticəsində baş verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh