Azərbaycana idxal olunan benzin haqda açıqlama

Gündəm 24 Dekabr 2014 14:37 Oxunub 1575
Azərbaycana idxal olunan benzin haqda açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycana idxal olunan "Premium Euro-95" və "Super Euro-98" benzin markaları Avro-4 və Avro-5 ekoloji standartlarına uyğun gəlir

Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. R.Həsənovun sözlərinə görə, ölkədə Avro-4 standartının tətbiqinə dövlət başçısının göstərişi ilə başlanılıb: "Bu qərar əsasında ölkədə Avro-4 standartına uyğun gəlməyən benzin istehsalı dayandırıldı və hazırda Azərbaycana idxal olunan "Premium Euro-95" və "Super Euro-98" benzin markaları Avro-4 və Avro-5 ekoloji standartlarına uyğun gəlir”. Qeyd edək ki, Avro-4 standartının tətbiqi ilə əlaqədar ölkəyə avtomobil nəqliyyatı vasitələrinin idxalı azalıb. 2014-cü ilin yanvar-noyabr aylarında ölkəyə 56 804 min avtomobil gətirilib ki, 2012-ci ilin eyni dövründə bu rəqəm 93 686 ədəd olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh