"Toyota"dan gözlənilməz qərar

Avtobazar 8 Yanvar 2018 09:56 Oxunub 1577
"Toyota"dan gözlənilməz qərar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dizel yanacağı ilə hərəkət edən avtomobillərin satış payı isə 15 faizdir

Dünyada ən çox avtomobil satışı həyata keçirən şirkətlərdən biri "Toyota" İtaliya ilə bağlı gözlənilməz qərar qəbul edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, "Toyota" artıq İtaliyada dizellə işləyən heç bir avtomobil satmayacağını bəyan edib. Qeyd edək ki, İtaliya Avropada dizel yanacağı ilə işləyən böyük avtomobil bazarına sahib ölkələrdən biridir.

Avropada ötən il satılan "Toyota" modellərinin yarısını hibrid mühərrikli avtomobillər təşkil edir. Dizel yanacağı ilə hərəkət edən avtomobillərin satış payı isə 15 faizdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh