Ailənin tək oğlu «avtoş»luğa görə ikinci dəfə həbs olundu

Yazarlar 24 Dekabr 2014 14:37 Oxunub 3224
Ailənin tək oğlu «avtoş»luğa görə ikinci dəfə həbs olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Atası tikinti materialları satılan mağazada satıcı işləyir, anası isə rəhmətə gedib, özü isə «avtoş»dur

Bakının Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsində yaşayan, 05.07.1994-cü il təvəllüdlü Məmmədov Tamerlan Tahir oğlu avtoxuliqanlıq etdiyi uçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmə isə onun 30 sütka inzibati həbsinə dair qərar çıxarıb. Bu, «avtoş»luğa görə onun ikinci dəfə həbsidir. Bundan əvvəl ötən ilin sonlarında avtoxuliqan kimi həbs olunan Tamerlan Məmmədova həmin vaxt 20 sutka inzibati həbs cəzası verilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədovun Avtosfer.az-a verdiyi məlumata görə, Tamerlan Məmmədov təkrar avtoxuliqanlıq etdiyinə görə cəzası bu dəfə daha ağır olub. Yasamal rayonu ərazisində idarə etdiyi «VAZ-2104» markalı, 90 BC 485 dövlət nömrə nişanlı avtomobillə avtoxuliqanlıq edən sürücü barəsində də elə Yasamal rayon Məhkəməsi qərar çıxarıb: «Bu adam noyabr-dekabr ayları ərzində Bakı şəhərinin mərkəzi küçə və prospektlərində dəfələrlə avtoxulilanlıq edərək ətrafdakıların rahatlığını, təhlükəsiz hərəkətini pozub, onlara təhlükə yaradıb. Bundan əlavə, o, yol polisinin «Saxla» işarəsinə dəfələrlə əhəmiyyət verməyərək qaçıb. Dekabrın 23-də sürücünün saxlanılması üçün yenidən «Saxla» işarəsi verilib. Lakin o, yenə də qaçmağa nail olub. Görülmüş tədbirlər nəticəsində Tamerlan Məmmədov süni yaradılmış tıxac nəticəsində saxlanılıb və barəsində tərtib edilmiş sənədlər məhkəməyə göndərilib. Məhkəmə də öz ədalətli qərarını verib. Məlumat üçün bildiririk ki, keçən ilin dekabr ayında da Tamerlan Məmmədov idarə etdiyi «Niva» markalı, 90-VD-405 dövlət nömrə nişanlı avtomobillə avtoxuliqanlıq etdiyi üçün Xətai rayon Məhkəməsinin qərarı ilə 20 sutka həbs cəzası ilə cəzalandırılıb. Lakin o, bundan nəticə çıxarmayıb və əməllərini davam etdirir».

Avtosfer.az-ın məlumatına görə, Tamerlan Məmmədov ailənin tək övladıdır. Atası tikinti materialları satılan mağazada satıcı işləyir. Anası isə rəhmətə gedib. Özü isə heç yerdə işləmir. 20 yaşı olmasına baxmayaraq faydalı işlə məşğul olmaq əvəzinə, işi-gücü avtoxuliqanlıq etməkdir.

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh