Aktrisa avtomobilini saxlamaq istəyən polisin əlini dişləyib

Maraqlı 8 Yanvar 2018 23:31 Oxunub 1352
Aktrisa avtomobilini saxlamaq istəyən polisin əlini dişləyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aktrisa: “Polis məni yerə yıxdı və yumruq vurdu”

"Adını Feriha koydum" serialından türkiyəli aktrisa Feyza Civelek maşınını saxlamaq istəyən polisin əlini dişləyib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, aktrisa dostu ilə bərabər prokurorluğa aparılıb. Gənc aktrisa polisə müqavimət göstərməkdə şübhəli bilinərək saxlanılıb. O, məhkəmə nəzarəti qərarı ilə sərbəst buraxılıb. Hadisə polis aktrisanın sərxoş olub-olmamasını yoxlamaq üçün maşınını saxlamaq istəyən zaman baş verib. Aktrisa ifadəsində qeyd edib ki, polis dostunun saçından tutaraq maşından çıxarıb: "Sonra isə daha iki polis gələrək məni zorla maşından çıxartdılar. Nə olduğunu anlamadım. Əsəbləşdim və maşından düşdüm. Polis məni yerə yıxdı və yumruq vurdu. Mən də özümü müdafiə üçün polisin əlini dişlədim. Dostum çox qorxdu və maşınına minərək hadisə yerindən uzaqlaşdı. Həmin polislərdən şikayətçiyəm".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh