İnək qəzaya səbəb oldu: ər və arvad yaralandı - VİDEO

Qaydalar 8 Yanvar 2018 16:13 Oxunub 1361
İnək qəzaya səbəb oldu: ər və arvad yaralandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Bəhrəmtəpə magistral yolunun Sabirabad rayonu Nərimankənd ərazisindən keçən hissəsində qəza olub. Avtosfer.az-ın Arbtv-yə istinadən verdiyi məlumata görə, "Mersedes" markalı avtomobilin qarşısına inək çıxması nəticəsində sürücü idarəetməni itirib. Bu zaman avtomobil "Ford" markalı maşınla və daha bir "Mersedes" markalı avtomobillə toqquşub. Zəncirvarı qəza zamanı xəsarət alan Bakı sakinləri - 50 yaşlı Akif Məmmədov və onun həyat yoldaşı 34 yaşlı Nərmin Hüseynova Sabirabad rayon xəstəxanasına, Sabirabad sakini, 32 yaşlı Nicat Əhmədov isə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh