Sürücülərin nəzərinə - Bu yol yenidən qurulur - VİDEO

Yeniliklər 8 Yanvar 2018 23:04 Oxunub 1576
Sürücülərin nəzərinə - Bu yol yenidən qurulur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda yol boyu deformasiyaya uğramış hissələr bərpa olunur, yeni yol əsası inşa edilir

Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolunun yenidən qurulmasına başlanılıb. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Avtosfer.az-a daxil olan məlumata görə, uzunluğu 39 km olan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması 15 yaşayış məntəqəsinin 22 min əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı.

Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla, ümumi eni 10 m təşkil edəcək.

Hazırda yol boyu deformasiyaya uğramış hissələr bərpa olunur, yeni yol əsası inşa edilir. Daha sonra yola 2 qat olmaqla, yeni asfalt-beton örtüyü salınacaq. Ümumilikdə yola 230 min m2-dən çox asfalt örtük döşənəcək.

Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınacaq, zəruri olan yerlərdə yeniləri qurulacaq. Bərpa işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh