Azərbaycanda akkumulyator istehsal ediləcək - VİDEO

Avtosfer TV 8 Yanvar 2018 23:41 Oxunub 1420
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zavod digərlərindən fərqli olaraq daha tez iqtisadi səmərə verəcək

Azərbaycanda akkumulyator istehsal ediləcək. Avtosfer.az-ın məlumatına görə, artıq bununla bağlı dünyanın iki böyük şirkəti ilə danışıqlarada başlanılıb. Akkumulyatorların istehsalının nəzərdə tutulduğu zavodun biznes və texniki layihəsi də hazırdır. 25 milyon dollara tikilməsi nəzərdə tutulan zavod digərlərindən fərqli olaraq daha tez iqtisadi səmərə verəcək. İlk olaraq köhnə, istifadəyə yararsız akkumulyatorların zərərsizləşdirilməsi, daha sonra isə onların utilizasiya işlərinin aparılması planlaşdırılır.

Hazır məhsul təkcə daxili bazar üçün nəzərdə tutulmayacaq, həm də ixrac ediləcək.

Qeyd edək ki, akkumulyatorların utilizasiyası zamanı onun tərkibindən qurğuşun çıxarılır ki, bu da mədəndən çıxarılan qurğuşundan 3-4 dəfə ucuz başa gəlir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh