Bakı-Sumqayıt yolunda qanunsuz işləyən 15 mikroavtobus aşkarlandı - REYD
Avtoreyd 9 Yanvar 2018 01:15 96 dəfə oxunub
Bakı-Sumqayıt yolunda qanunsuz işləyən 15 mikroavtobus aşkarlandı - REYD
Sumqayıt DYP qanunsuz sərnişin daşıyan mikroavtobuslarla bağlı reydləri davam etdirir

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi (DYP) qanunsuz sərnişin daşıyan mikroavtobuslarla bağlı reydlərini davam etdirir. Avtosfer.az xəbər verir ki, yanvarın 8-də səhər saatlarında növbəti reyd keçirilib. Sumqayıt Şəhər Nəqliyyat Departamenti ilə birgə keçirilən reyd zamanı Bakı-Sumqayıt marşrutu üzrə qanunsuz sərnişin daşıyan mikroavtobuslar aşkarlanıb.

Reyd zamanı 15 mikroavtobus qanunsuz sərnişin daşıdığı üçün saxlanılıb və Sumqayıt Şəhər Nəqliyyat Departamentinin duracağına yerləşdirilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh