Aeroport yolunda avtomobil piyadanı vurub

Qəzalar 9 Yanvar 2018 10:40 Oxunub 1019
Aeroport yolunda avtomobil piyadanı vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Aeroport yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, "Hyundai Santa Fe" markalı avtomobil aeroport yolunda, keçmiş "Komsomol" dairəsi yaxınlığında yolu keçmək istəyən 44 yaşlı kişini vurub. Kişi təcili yardımla xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

 

***

09.45

 

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında metronun "Koroğlu" stansiyasından aeroporta gedən yolda, keçmiş "Komsomol" dairəsi yaxınlığında baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb, "Hyundai Santa Fe" markalı avtomobilə ziyan dəyib. Qəza yerinə polis əməkdaşları gəlib. Yol-nəqliyyat hadisəsinin detalları dəqiqləşdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh