Rus avtomobillərinin qiyməti qalxacaq - "AvtoVAZ” qiymətləri artırıb

Avtoxəbər 9 Yanvar 2018 12:29 Oxunub 1589
Rus avtomobillərinin qiyməti qalxacaq - "AvtoVAZ” qiymətləri artırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin vaxt bütün modellər üzrə artım 1,5-3% təşkil etmişdi

Rusiyanın aparıcı avtomobil istehsalçılarından olan “AvtoVAZ” şirkəti 2018-ci ilin əvvəlindən satış qiymətlərini artırıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, “ortalama artım 2,5% təşkil edib və bütün “AvtoVAZ” qrupuna təsir göstərib. Biz tələbin azalacağını proqnozlaşdırmırıq. Bütün istehsalçılar adətən yeni istehsal ilində avtomobillərin qiymətlərini artırır. Odur ki, qiymət rəqabətində uduzmuruq”, - şirkətin məlumatında qeyd olunub.

Xatırladaq ki, “AvtoVAZ” 2017-ci ilin əvvəlində "Lada" avtomobillərinin qiymətini qaldırmışdı. Həmin vaxt bütün modellər üzrə artım 1,5-3% təşkil etmişdi.

“AvtoVAZ” Qrupu "Renault"-"Nissan"-"Mitsubishi" ittifaqının üzvüdür və "Lada", "Renault", "Datsun" brendləri altında da maşın istehsal edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh