Avtoritetin oğlu iki erməni polisi belə öldürdü - Qəza yerindən VİDEO

Avtosfer TV 9 Yanvar 2018 15:15 Oxunub 2047
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“BMW X6” markalı avtomobil “Toyota Corola” ilə toqquşub

İrəvanda iki polisin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Avtosfer.az-ın məlumatına görə, Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə yanvarın 7-də Abovyan küçəsi ilə Sayat-Nova prospektinin kəsişməsində baş verib. “BMW X6” markalı avtomobilin “Toyota Corola” ilə toqquşması nəticəsində “Toyota”-nın sürücüsü, 29 yaşlı İrəvan sakini Areq Davtyan hadisə yerində ölüb. Avtomobildəki digər sərnişin, 34 yaşlı Xaçik Qasparyan isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində ölən hər iki şəxsin polis olduğu bildirilib.

İki polisin ölümünə səbəb olan “BMW X6”-nın sürücüsü “Çvçv Avro” ləqəbi ilə tanınan kriminal avtoritet Sarkis Vardanyanın oğludur. O, hadisə yerindən qaçıb. Qəza ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh