Sürücü qəza törədərək hadisə yerindən qaçıb - Məmurdur? - FOTO

Qaydalar 10 Yanvar 2018 00:03 Oxunub 2116
Sürücü qəza törədərək hadisə yerindən qaçıb - Məmurdur? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mercedes" markalı avtomobil eyni markalı minik avtomobilinə arxadan çırpılıb

Bakının Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "Nəriman Nərimanov" metrostansiyası istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil eyni markalı minik avtomobilinə arxadan çırpılıb. Sürücü Kamil Rəşidovun sözlərinə görə, qəzanı törədən "Mercedes"in sürücü hadisədən sonra ərazidən uzaqlaşıb. Hadisə yerində yol polis əməkdaşları olublar. Müayinələr aparılıb, ölçülər götürülüb.

Deformasiyaya uğrayan avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.

Qeyd edək ki, “Mercedes”in ön şüşəsində Azərbaycan dövlət gerbinin olması diqqətdən yayınmayıb. Bu isə qəza törədən şəxsin vəzifəli olduğuna dair ehtimalları artırır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh