Yol hərəkəti qaydalarına məhəl qoymayan 39 piyada ölüb

Gündəm 6 May 2014 19:34 Oxunub 1529
Yol hərəkəti qaydalarına məhəl qoymayan 39 piyada ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda qeydə alınan yol-nəqliyyat hadisələrinin 52%-i piyadaların vurulması nəticəsində baş verib

Bakıda qeydə alınan yol-nəqliyyat hadisələrinin 52%-i piyadaların vurulması nəticəsində baş verib. Baş verən 169 yol qəzası nəticəsində 39 piyada ölüb. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov "ASAN xidmət" mərkəzi və Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının "Avtotəlim-2" layihəsinə başlaması münasibətilə keçirilən mətbuat konfransında bildirib. Piyadaların yol hərəkəti qaydalarına etinasız, laqeyd yanaşdıqlarını deyən bölmə rəisi qeyd edib ki, ilin əvvəlindən bu günədək Bakıda ümumilikdə 57 140 piyada inzibati məsuliyyətə cəlb edilib. Onun sözlərinə görə, yol polisi əməkdaşları tərəfindən paytaxtda yol hərəkəti qaydalarını pozmuş şəxslər barəsində 225 603 inzibati protokol tərtib edilib.Bundan əlavə, müşahidə kameraları tərəfindən qeydə alınmış yol hərəkəti qaydalarını pozmuş 900 nəfərdən artıq sürücü barəsində fotomateriallar hazırlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh