Kosmosda boyunun 9 sm uzandığı deyilən astronavt danışdı: Səhv düşmüşəm

Maraqlı 10 Yanvar 2018 10:47 Oxunub 2162
Kosmosda boyunun 9 sm uzandığı deyilən astronavt danışdı: Səhv düşmüşəm
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, səhvinə görə üzr istəyib

Daha öncə kosmosda boyunun 9 santimetr uzandığını deyən yaponiyalı astronavt Norişiqe Kanainin yanlış düşdüyünü deyib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, yanlış düşdüyünü anlamağa ona rusiyalı kosmonavt yardımçı olub. Yaponiyalı astronavt bu barədə özünün "Twitter" səhifəsində yazıb: "Ekspedisiyanın komandiri rusiyalı kosmanavt Anton Şkaplerov dedi ki, 9 santimetr çox böyük rəqəmdir və mən yoxladım. Məlum oldu ki, həqiqətən mən yanılmışam. Belə ki, boyum 182 santimetr təşkil edib ki, bu da kosmosda yerdəki göstərici ilə müqayisədə 2 santimetr çox deməkdir".

O, səhvinə görə üzr istəyib.

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh