Protokollar bəzən sürücüləri narazı salır - SƏBƏB - AÇIQLAMA - VİDEO

Yazarlar 10 Yanvar 2018 23:53 Oxunub 1287
Protokollar bəzən sürücüləri narazı salır - SƏBƏB - AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərin bir çoxu parklanma yeri tapmaqda çətinlik çəkdiklərini bildirirlər

Dayanma-durma və parklanma ilə bağlı yol polisinin tərtib etdiyi bir çox protokol sürücülərin narazılığına səbəb olur. Avtosfer.az-ın məlumatına görə, yol polisi parklanma üçün yetərincə yerin olduğunu, sürücülər isə yer tapmaqda çətinlik çəkdiklərini bildirirlər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, sürücülər elə düşünürlər ki, sanki dayanma-durma qadağan olan yerdə avtomobili qısa müddətdə saxlamaq olar.

Vaqif Əsədov bildirir ki, bu şikayətlər nəticəyə təsir etməsə də, araşdırma böyük vaxt itkisinə səbəb olur. Onun sözlərinə görə, hazırda paytaxtın müxtəlif ərazilərində avtomobil saxlmaq üçün kifayət qədər yerlər var. Sürücülər məhz bu yerlərdən istifadə etməlidir.

Sürücülərin bir çoxu bu fikirlə razılaşmır və paytaxt küçələrində parklanma yeri tapmaqda çətinlik çəkdiklərini bildirirlər.

Vaqif Əsədovun sözlərinə görə, hazırda yol polisi digər qurumlarla birgə şəhərdəki duracaqların artırılması üçün araşdırma aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh