"Evdə xəstəm var" deyib qayda pozdu - Bu da axırı - FOTO

Avtoxəbər 11 Yanvar 2018 00:05 Oxunub 2425
"Evdə xəstəm var" deyib qayda pozdu - Bu da axırı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda kobud qayda pozuntusuna yol verən sürücü qəza törədib

Bakının Yasamal rayonunda yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza Qurban Xəlilov küçəsində yüksək sürətlə hərəkətdə olan 99-MA-520 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin ərazidəki yol nişanı tələblərini pozması nəticəsində qeydə alınıb. Bu zaman o, Nəriman Nərimanov prospekti üzərindəki dairədə hərəkətdə olan 90-RT-177 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillə toqquşub. Zərbənin gücündən "Hyundai" Nəriman Nərimanovun heykəlinin yerləşdiyi parkın səkisinə çırpılıb. Avtomobillərin hər ikisi deformasiyaya uğrayıb. Hadisəni törədən sürücü evdə xəstəsi olduğu üçün tələsdiyini bildirib.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Araşdırma aparılır.

Hadisəni törədən sürücü sərxoşluğun yoxlanılması məntəqəsinə aparılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh