İlin ən təhlükəsiz avtomobili seçildi - VİDEO

Avtoxəbər 11 Yanvar 2018 10:01 Oxunub 3648
İlin ən təhlükəsiz avtomobili seçildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil böyük sərnişinləri 96 %, uşaqları və piyadaları isə 85 % qoruyur

Müstəqil qəza testlərinin keçirilməsi üzrə Avropa Təşkilatı (Euro NCAP) 2017-ci ilin ən təhlükəsiz avtomobilini müəyyənləşdirib. Avtosfer.az xəbər verir ki, qiymətləndirmə nəticəsində 6 kateqoriya üzrə ən yaxşı avtomobillər seçilib. Təşkilat nümayəndəsinin sözlərinə görə, testlərdə yeni və yenilənmiş 70-ə yaxın avtomobil modeli iştirak edib və qiymətləndirmə sərnişinlər (o cümlədən, azyaşlı sərnişinlər) və piyadaların təhlükəsizliyi baxımından aparılıb. "Premium" kateqoriyasında “Volskwagen Arteon” ən təhlükəsiz avtomobil hesab edilib. 

"Kompakt krossover" kateqoriyasında "Volvo XC60" modeli, "Mini krossover"lərdən - “Volkswagen T-Roc” testin qalibi olub.

"B" sinfində (kiçik avtomobil) “Volkswagen Polo”, “Kompakt” sinfində “Opel Crossland X” birinci yeri tutub.

Ən təhlükəsiz "ailə avtomobili" isə “Subaru Impreza” və “Subaru XV” modelləri müəyyən olunub.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh