Yol nişanı dəyişdirildi – Sürücünün cərimə olunması yalan çıxdı

Xəbərlər 11 Yanvar 2018 13:32 Oxunub 1565
Yol nişanı dəyişdirildi – Sürücünün cərimə olunması yalan çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş Dövlət Yol Polisi İdarəsi sürücünün cərimələnmədiyini açıqladı

“Dayanmaq qadağandır” işarəsini görmədiyi üçün sürücünün 20 manat cərimə edilməsi xəbərinə Baş Dövlət Yol Polisi İdarəsi cavab verib. İdarədən Avtosfer.az-a bildirilib ki, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində dayanma-durmanı qadağan edən yol nişanının piyada keçidi nişanının arxasında görünməz halda olması faktı araşdırılıb və problem aradan qaldırılıb. Lakin orada cərimələndiyini iddia edən sürücünün dedikəri həqiqətə uyğun deyil. 

Qeyd edək ki, oxucu mətbuat.az-a müraciət edərək bildirib ki, paytaxtın Nəsimi rayonu Süleyman Rüstəm küçəsində nəqliyyat vasitələrinin dayanmasını qadağan edən işarə “piyada keçidi” işarəsinin arxa hissəsində yerləşdiyi üçün sürücülər bunu görmürlər. Xalid Ələmdar oğlu Ələkbərli bu işarəni görmədiyi üçün yanvarın 1-də 20 manat cərimələnib. Lakin Baş DYP İdarəsindən bildirdilər ki, həmin tarixdə qeyd olunan ünvanda Xalid Ələmdar oğlu Ələkbərli adlı sürücüyə inzibati protokol yazılmayıb: “Əgər belə bir protokol yazılıbsa sürücü onu idarəyə təqdim etsin, araşdırıb xitam verəcəyik. Həmin sürücüyə ayrı-ayrı yerlərdə tamam başqa qayda pozuntularına görə protokol yazılıb. Amma onun iddia etdiyi ünvanda heç bir protokol yazılmayıb və sistemdə belə bir qərar görünmür”.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh