Avtobus sürücüsü yük maşını ilə "dirəşdi" - Axırı belə oldu - FOTO

Qaydalar 11 Yanvar 2018 16:50 Oxunub 2579
Avtobus sürücüsü yük maşını ilə "dirəşdi" - Axırı belə oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Betonqarışdıran maşın avtobusa çırpılıb, xəsarət alanlar var

Bakıda sərnişin avtobusu betonqarışdıran maşınla toqquşub. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, Ramanada yerləşən Şuşa şəhərciyindən "Səkkizinci kilometr" bazarı istiqamətinə gedən 214 saylı sərnişin avtobusu metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qəzaya uğrayıb. Sərnişinlərin sözlərinə görə, avtobusun sürücüsü dönmə əməliyyatı etmək istəyən betonqarışdıran maşına yol verməyib. Nəticədə betonqarışdıran maşın avtobusa çırpılıb. Hadisə nəticəsində avtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb. Sərnişinlərdən biri nisbətən ağır yaralanıb. Məlumata görə, avtobusun sınmış şüşələri 14 yaşlı sərnişinin boğaz və əlini kəsib.

Hadisə yerinə təcili yardım maşını gəlib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh