175 nömrəli marşrutun dayanacaqları dəyişdirildi - FOTO

Yeniliklər 11 Yanvar 2018 17:24 Oxunub 2382
175 nömrəli marşrutun dayanacaqları dəyişdirildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanvarın 13-dən etibarənm 175 saylı marşrut xəttində "BakuBus"un avtobusları xidmət göstərəcək

Baskıda fəaliyyət göstərən 175 nömrəli marşrut xətti üzrə sərnişindaşımanın mövcud qaydalara uyğun təşkili məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, bu xətt üzrə Hövsən şossesi və Hövsan qəsəbəsində marşrut xətti üzrə 27 dayanacaq məntəqəsində müvafiq yol nişanları qoyulub. Dayanacaq məntəqələrindən 15 ədədi yeni təşkil edilib. Sərnişinlərin rahat şəkildə BakıKart əldə etməsi eyni zamanda kart balanslarını artıra bilməsi üçün 6 məntəqədə “MilliÖn” terminalları quraşdırılıb.

 

Qeyd edək ki, yanvarın 13-dən etibarənm 175 saylı marşrut xəttində "BakuBus"un avtobusları xidmət göstərəcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh