Qışda mühərriki qızdırmaq söhbətinə usta son qoydu - Ziyandır - VİDEO

Avtoxəbər 11 Yanvar 2018 22:54 Oxunub 2472
Qışda mühərriki qızdırmaq söhbətinə usta son qoydu - Ziyandır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hətta mənfi temperaturda mühhərikin 1-2 dəqiqə işləməsi kifayət edir

Əksər sürücü avtomobilin mühərrikini qızdırmağı vacib saysa da, mütəxəssislər bu düşüncənin yanlış olduqunu bildirir. Avtosfer.az-ın məlumatına görə, mühərriki qızdırmaq bir sıra hissələrin daha tez sıradan çıxmasına səbəb olur. Avtomobil təmiri üzrə mütəxəssis Elçin Həsənovun sözlərinə görə, hətta mənfi temperaturda mühhərikin 1-2 dəqiqə işləməsi hərəkət üçün kifayət edir. Avtomobilin soyuq halda idarə edilməsinin heç bir detala ziyanı yoxdur, əksinə yerində qızdırmaq mühərrikin ömrünü azaldır. Sadəcə yeni işə düşən avtomobili asta sürmək lazımdır. Mühərrikin qızdırılması həmçinin benzin sərfiyyatının artmasına və ekologiyanın normadan artıq çirklənməsinə də səbəb olur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh