Yolda «at oynadan» «avtoş» polisə yaxalanıb ağladı - VİDEO

Avtoreyd 25 Dekabr 2014 00:00 Oxunub 5287
Yolda «at oynadan» «avtoş» polisə yaxalanıb ağladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Atasından qorxan azyaşlı maşını qaçıraraq qəza törədib

Valideynlərindən xəbərsiz maşını oğurlayıb evdən qaçan və qəza törədərək kor-peşman olan azyaşlı uşaqları çox görmüşük. Avtosfer.az-ın təqdim etdiyi bu videonun qəhrəmanı da o azyaşlılardan biridir. Sevgilisi onu tərk etdiyi üçün ölmək istəyən azyaşlı oğlan atasına məxsus maşını qarajdan oğurlayaraq yola çıxıb. Yoldakı dirəyə dəyərək qəza törədən azyaşlı oğlan polislərin önündə:  “Mən özüm ölmək istəyirdim. Çünki sevgilim məndən ayrılıb. Birinci dəfədir xəbərsiz  evdən maşın götürürəm. Mən onlara neçə dəfə dedim ki, mənə maşın alın, onda sizin maşınınızı oğurlamayacam, amma almadılar. Onun yerinə motosiklet aldılar. Onunla da qəza törətdim, ancaq 13 yaşım olduğu üçün məni tutmadılar. Amma mənə həbs olunmaq lazımdır, mütləq!  İndi atamgil məni döyəcək. Atama deyin ki, onun üzünə baxa bilməyəcəm.” –deyərək hönkür-hönkür ağlayıb. 

Əslində, bu videoda baş verənlərin Azərbaycanda da oxşarları olur. Məsələn, yolda gördüyünüz «bərkgedən» avtoxuliqanlar, küçədə, yolda «at oynadan», yerə-göyə sığmayan sürücələr yol polisinə yaxalandıqda təxminən buna oxşar vəziyyətə düşürlər. And-amanın, söyüşün biri bir qəpikdən olur. Nəsildə-kökdə adam qalmır, hamısının canına and içirlər, yetər ki, polisdən yaxa qurtara bilsinlər. Amma bu artıq mümkün olmur. Bəziləri gedib həbs cəzası çəkir, amma azadlığa çıxan kimi yenə öz əməllərini davam etdirir. Bu artıq xəstəlikdir...

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh