Avtomobillər dondu, küçəyə çıxmaq qadağan edildi - 17 ölü - FOTO
Gündəm 11 Yanvar 2018 23:13 3354 dəfə oxunub
Avtomobillər dondu, küçəyə çıxmaq qadağan edildi - 17 ölü - FOTO
Xalqa məcburi olmadıqları müddətcə çölə çıxmamaları xəbərdarlığı edilib

ABŞ-ın Massaçusets ştatının paytaxtı Bostonda baş verən qar fırtınası və soyuq hava səbəbindən həyat dayanma nöqtəsinə gəlib. Avtosfer.az avropa.info-ya istinadən xəbər verir ki, Bostondan yayılan fotolarda donmuş avtomobillər görünür. Revere bölgəsindən yayılan  görüntüdə isə bölgəni əvvəlcə sel basdığı, daha sonra isə qar yağdığı bildirilir. “Bomba qasırğası” kimi tanınan qar fırtınası və soyuq hava səbəbindən məktəblər və dövlət idarələri bağlanılıb, xalqa məcburi olmadıqları müddətcə çölə çıxmamaları xəbərdarlığı edilib. Şiddətli külək və qar yağışının olduğu şimal-şərq sahilində minlərlə adam elektriksiz qalıb.

Hava şəraiti səbəbilə 3 mindən çox uçuş ləğv edilib. Ölkəni təsiri altına alan dondurucu soyuqlar səbəbindən son bir həftədə 17 nəfərin həyatını itirdiyi bildirilir.


QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh