“Pirelli” Azərbaycan Qran-prisi üçün şin seçimini elan edib

Yarışma 11 Yanvar 2018 23:42 Oxunub 1441
“Pirelli” Azərbaycan Qran-prisi üçün şin seçimini elan edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Komandalar “UltraSoft”, “SuperSoft” və “Soft” örtüklərindən istifadə edə biləcəklər

“Pirelli” şirkəti 2018-ci il mövsümündə “Formula-1”in Azərbaycanda keçiriləcək Qran-pri mərhələsində istifadə oluna biləcək rezin tərkibləri barədə məlumat yayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Bakıda “UltraSoft”, “SuperSoft” və “Soft” şinləri komandaların ixtiyarında olacaq. “SuperSoft” və “Soft” icbari elan edilib. “Pirelli” 2017-ci ildə Bakıya “SuperSoft”, “Soft” və “Medium” şinləri gətirib.

Bakı trassasının şəhər tipli olmasına baxmayaraq, “Pirelli” bu mərhələdə yeni şindən – “Hipersoft” adlı ən yumşaq tərkibli şindən istifadəyə qarar verməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh