Kimin kefi haradan istəsə oradan dönə bilməz – Amma o dönür - VİDEO

Avtoreyd 12 Yanvar 2018 00:10 Oxunub 1735
Kimin kefi haradan istəsə oradan dönə bilməz – Amma o dönür - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Manevr qaydasını pozduğuna görə 40 manat cərimə oluna bilər

Yanvarın 5-də Bakı-Ələt yolunun 16-cı kilometrində - “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında hərəkətdə olan 57-BO-661 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü hərəkətdə olan digər avomobilə qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, “Azpetrol”a dönmək istəyən “Mercedes”in sürücüsü düzgün zolağı seçməyərək manevr qaydasını pozub. O, sağa döndüyünə görə öncədən sağ zolaqla hərəkət etməli idi. Əgər sürücü sağa dönməyə sonradan qərar vermişdirsə, bu halda sağa dönmə siqnalını verərkən eyni səmtə gedən avtomobilə yol verib sonra zolağını dəyişməli idi.

Sürücü manevr qaydasını pozduğuna görə 40 manat məbləğində cərimə oluna bilər. Çünki qanun deyir ki, dönmə siqnalını yandırmaq sürücüyə heç bir üstünlük vermir.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh