Bakıda özünə və başqalarına hörmət etməyən sürücü - VİDEO

Avtoreyd 12 Yanvar 2018 09:14 Oxunub 2475
Bakıda özünə və başqalarına hörmət etməyən sürücü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belələri özündən başqa heç kimi fikirləşmir

Bakıda qayda pozaraq mədəniyyətsizlik edən sürücünün görüntüləri digər avtomobildə quraşdırılmış kameraya düşüb. Avtosfer.az xəbər verir ki, yanvarın 9-da paytaxtın Ağa Nemətulla küçəsində ikinci cərgədə dayanan 90-SL-478 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü dayanma-durma qaydasını pozaraq hər iki istiqamətdən gələn sürücülərə təhlükəli vəziyyət yaradıb. Həmin sürücü arxadan gələn avtomobillərin əks istiqamətə çıxmasına səbəb olub. Videodan aydın şəkildə görünür ki ,sürücü birinci cərgədə də dayana bilərdi. Lakin bu şəraitin olmasına baxmayaraq o, özünə sərf edən yerdə ikinci cərgədə dayanıb.

Pozduğu qaydaya görə sürücünü 20 manat məbləğində cərimə gözləyir.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh