Bakıda da belə parkinqlərə ehtiyac var – VİDEO

Avtosfer TV 13 Yanvar 2018 17:52 Oxunub 1510
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu qurğu kiçik ərazini tutsa da, onlarla avtomobil sığışır

Dünyanın bir çox ölkəsində iri şəhərlərdə parkınq üçün geniş ərazilərin olmaması başqa çıxış yolu fikirləşməyə vadar edir. Vəziyyətdən çıxmaq üçün o qədər də geniş ərazini tutmayan xüsusi metal qurğulardan hazırlanan parkinqlər yaradılıb. Avtosfer.az xəbər verir ki, bu cür qurğular artıq bir neçə ildir istifadə olunur. Hətta Bakıda da belə qurğular var. Lakin videoda əksini tapan qurğular daha yığcamdır və avtomobili özündə saxlayır. İstəkdən asılı olaraq daha çox və ya, əksinə, daha az avtomobil tutumu olan qurğu sifariş etmək olar. Bu qurğular istənilər ərazidə qısa müddətdə qurulur və rahatlıqla istifadə olunur.

Həmin görüntüləri təqdim edirik:

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh