Camaat yolda qaldı - İctimai nəqliyyat tətil keçirir
Gündəm 12 Yanvar 2018 14:43 138 dəfə oxunub
Camaat yolda qaldı - İctimai nəqliyyat tətil keçirir
Tətil saat 08:30-da başlayıb

İtaliyanın paytaxtı Romada ictimai nəqliyyat işçiləri 24 saatlıq tətil elan edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, tətilə Roma şəhər meriyasının nəqliyyat daşımaları barədə qərarı səbəb olub. Nəqliyyat işçilərinin fikrincə, bu qərar iş şərtlərini daha da pisləşdirəcək. Tətil Roma şəhərində saat 08:30-da başlayıb. Tətilçilərin bəyanatında qeyd olunur ki, tətil müddətində metro, avtobus, tramvay və şəhərkənarı qatarların işi dayandırılır. Məlumata görə, axşam saatlarında nəqliyyat yerli vaxtla saat 17:00-dan 20:00-dək işini qismən bərpa edəcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh