"Xəzər Lənkəran"ın sabiq məşqçisi qəzaya düşüb
Qəzalar 12 Yanvar 2018 15:09 116 dəfə oxunub
"Xəzər Lənkəran"ın sabiq məşqçisi qəzaya düşüb
Qəza nəticəsində 10 nəfər sərnişin xəsarət alıb

"Xəzər Lənkəran" klubunun sabiq məşqçisi qəzaya düşüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Lənkərandan Bakıya gələn "Ford" markalı sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində "Xəzər Lənkəran" futbol klubunun sabiq məşqçisi, veteran futbolçu Namik Qarayev xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, veteran futbolçu baş nayihəsindən müxtəlif dərəcəli xəsarətlər alıb: "Yaralı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır".

Xatırladaq ki, hazırda Lənkəranı təmsil edən "Zirvə" klubuna rəhbərlik edən mütəxəssis Cənub Regional Futbol Federasiyası tərəfindən 2017-ci ilin ən yaxşı məşqçisi seçilib. Qarayev daha əvvəl "Xəzər Lənkəran"ın müxtəlif yaş qrupları üzrə komandalarının məşqçisi olub.

 

Qeyd edək ki, bu gün səghər saatlarında Lənkəran-Bakı sərnişin mikroavtobusu rayonun Ürgə kəndində qəzaya düşüb. Qəza nəticəsində 10 nəfər sərnişin xəsarət alıb. Onlardan 9-u xəstəxanaya yerləşdirilib, bir nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh