“General Motors”un elektromobili - Sükansız və pedalsız

Avtoxəbər 12 Yanvar 2018 18:09 Oxunub 1315
“General Motors”un elektromobili - Sükansız və pedalsız
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Seriya buraxılışı 2019-cu ildə başlanacaq

ABŞ-ın məşhur “General Motors” konserni özünün “Cruise AV” elektrik avtomobilini təqdim edib. Avtosfer.az-ın lent.az-a istinadən verdiyi xəbərə görə, elektromobilin əsas özəlliyi onun rulsuz və pedalsız olmasıdır. Maşın 5 nəfərlikdir və 4-cü səviyyəli avtopilot tərəfindən idarə olunur, sürücünün diqqətli olmasına ehtiyac qalmır. Layihə GM tərəfindən 18 ay ərzində “Cruise Automation” şirkəti il birlikdə icra edilib. Elektromobil LİDAR (işığın udulması və yayılması vasitəsilə uzaq obyektlər haqqında məlumat toplamaq) sistemi və yüksək dəqiqlikli kamera ilə təchiz edilib. “Cruise AV”nin ilk sınaqları 2017-ci ilin oktyabrında San-Fransiskoda keçirilib. Yollarda eyni anda 50 elektrokar test edilib. Nyu York və Feniks şəhərlərində də yürüşlər olub.

Yeni elektromobilin qiyməti açıqlanmır. Seriya buraxılışı 2019-cu ildə başlanacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh