Rusiya aviaşirkəti Bakıya yeni reys açır
Gündəm 12 Yanvar 2018 16:11 110 dəfə oxunub
Rusiya aviaşirkəti Bakıya yeni reys açır
Reyslər 2018-ci il martın 5-dən etibarən hər həftə icra ediləcək

Rusiyanın "Nordstar" aviaşirkəti mart ayından Norilskdən Samara vasitəsilə Bakıya reyslər həyata keçirəcək. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə aviadaşıyıcının mətbuat xidmətindən bildiriblər. Qeyd olunub ki, reyslər 2018-ci il martın 5-dən etibarən hər həftə icra ediləcək. Hazırda aviaşirkətin təyyarələri Bakıya Ufadan uçur. Samaradan gəlməklə Bakıya reyslərin sayı həftədə iki dəfəyədək artacaq. Yeni istiqamət üzrə reyslər "Boeing 737-800" təyyarələri ilə yerinə yetiriləcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh